Qəbul imtahanları avqustda keçiriləcək

 Qəbul imtahanları avqustda keçiriləcək
  17 İyul 2020    Oxunub:5178
Avqustun 10-a qədər rezidentura imtahanlarını keçirmək istəyirik.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, avqustun 1-dən 10-a qədər dövlət qulluğu üzrə imtahanların da keçirilməsi planlaşdırılır.

M.Abbaszadə, həmçinin qeyd edib ki, qəbul imtahanlarının avqust ayında keçirilməsi gözlənilir.

"Dəqiq tarixlər hələ bəlli deyil. Buraxılış imtahanlarının nəticələrinə əsasən, bu tarixlər bəlli olacaq. Avqust ayında 4 gündə qəbul imtahanların keçirilməsi planlaşdırılır".

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM   Sədr  





Xəbər lenti