Tovuzda erməni vandalizmi - VİDEO+FOTOLAR

  19 İyul 2020    Oxunub : 21863
Tovuzda erməni vandalizmi -  VİDEO+FOTOLAR
Bir neçə gün əvvəl Ermənistan ordusunun artilleriya atəşi nəticəsində Tovuzun Dondar Quşçu kəndində evlərə ciddi ziyan dəyib.

Azvision.az-ın məlumatına görə, düşmən tərəfindən atılan mərmilərdən biri kənd sakini Telarə Əliyevanın evinə tuş gəlib. Hadisə iyulun 14-də günorta saatlarında baş verib. Artilleriya atəşinə məruz qalan ev tamamilə yararsız vəziyyətə düşüb.
Telarə Əliyeva bildirib ki, günorta saatlarında mağazaya gedib və 10 dəqiqə sonra evlərinə mərmi atılıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Ermənilərin dağıtdığı evdən görüntüləri təqdim edirik:

































Foto: Şahin Sərdarov
Video: Bəxtiyar Məmmədov

Azvision.az

Teqlər: Tovuz   Düşmən   Təxribat   Ev