ATGTİ qrant müsabiqəsinə hazırlaşır
ATGTİ-nin mətbuat xidmətindən bildiriblər ki, bu layihələrdən 6-sı Naxçıvanda və Bakıda keçirilən olimpiadalar olub. Müxtəlif istiqamətlər üzrə keçirilmiş olimpiadalarda 6 minə yaxın tələbə iştirak edib. Bunlarla yanaşı, memarlıq, ekologiya, səhiyyə, gənclərin təhsil aldıqları ixtisaslarla bağlı, həmçinin tələbə-müəllimlərin düşərgəsi istiqamətində də layihələr qalib gəlib.
Azərbaycan Gənclər Fondunun elan etdiyi beşinci qrant müsabiqəsi üçün artıq tələbə gənclər təşkilatlarının və tələbələrin fərdi layihələrinin hazırlanması və təqdim olunması mərhələsinə başlanılıb.
Tələbə gənclər təşkilatlarının layihələri A kateqoriyası üzrə, tələbələrin layihələri isə C kateqoriyası üzrə qəbul olunacaq.
Ali və orta ixtisas təhsil müəssisələrinin tələbə gənclər təşkilatları və tələbələr layihələrin yazılması qaydalarını öyrənmək üçün ATGTİ-yə müraciət edə bilərlər.