Beş ayda idxal və ixrac olunan məhsullar açıqlanıb

Beş ayda idxal və ixrac olunan məhsullar açıqlanıb
  21 İyul 2020    Oxunub:2417
Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, 5 ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə təzə meyvə idxalı 15,9 faiz, bitki yağları 23,8 faiz, kərə yağı, digər süd yağları və pastaları 32,5 faiz, çay 5,2 faiz, mal əti 35,2 faiz, quş əti və onun əlavə məhsulları 4,5 faiz, təzə tərəvəz 25,2 faiz, minik avtomobilləri 30 faiz, dərman vasitələri 1,7 dəfə, polad prokatı 29,4 faiz, qara metallardan çubuqlar 48,3 faiz, mineral gübrələr 2,1 faiz, hesablama maşınları, blok və qurğuları 26,5 faiz, qara metallardan künclüklər 2,3 faiz, avtobuslar 1,4 faiz, məişət soyuducuları 39,1 faiz, sement və sement klinkerləri 1,5 faiz artıb.

Buğda idxalı isə 38 faiz, xam şəkər və şəkər 6,5 faiz, kartof 0,6 faiz, siqaretlər 79,2 faiz, qara metallardan borular 7,7 faiz, rezin şinlər 17,5 faiz, mebellər 21,2 faiz, yük avtomobilləri 12,6 faiz, polietilen 14,3 faiz, məişət kondisionerləri 35,1 faiz paltaryuyan maşınlar 7,3 faiz azalıb.

Eyni zamanda, hesabat dövründə kartof ixracı 7,7 faiz, meyvə və tərəvəz şirələri 5,1 faiz, bitki yağları 1,9 dəfə, çay 7,5 faiz, meyvə və tərəvəz konservləri 1,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 1,7 dəfə, polietilen 42,2 faiz, qara metallardan borular 1,7 dəfə artıb.

Təzə tərəvəz ixracı isə 1,8 faiz, təzə meyvə 33,3 faiz, şəkər 12,7 faiz, tütün 25,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu 49,3 faiz, pambıq lifi 26,6 faiz, emal olunmamış alüminium 15,9 faiz, pambıq ipliyi 18,8 faiz, bentonit gili 5,2 faiz azalıb.

Qeyri-neft-qaz məhsullarının ixracı keçən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 8,9 faiz, real ifadədə isə 14,5 faiz azalaraq 721,5 milyon dollara bərabər olub. Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (37,6 faiz), Türkiyəyə (20 faiz), İsveçrəyə (9,9 faiz), Gürcüstana (9,8 faiz), Çinə (3,3 faiz), İtaliyaya (2,5 faiz), Ukraynaya (2,4 faiz), Qazaxıstana (1,7 faiz), İrana (1,2 faiz), ABŞ-a (1,1 faiz) , Belarusa (1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Azvision.az


Teqlər: Statistika  





Xəbər lenti