İran Suriya münaqişəsinin həlli ilə bağlı 4 təklif irəli sürdü
İran XİN rəhbəri bildirib ki, Suriyada ilk növbədə toqquşmalara son verilməli, münaqişə edən tərəflərin seçkilər və dialoq vasitəsi ilə problemləri müzakirə etməli, bundan başqa təkfirçi və radikal qruplarla mübarizə aparılması İranın əsas önəm verdiyi məqamlardır. C.Zərif bildirib ki, bu planın detalları tərəflər və vasitəçilər arasında müzakirə olunmalıdır.
İranın xarici işlər naziri həmçinin İranla 5+1 qrupu arasındakı nüvə anlaşmasına da toxunub. C.Zərif bildirib ki, müştərək fəaliyyət proqramı müəyyən mətnə malikdir və onun mətni hər kəsə açıqlanacaq. Nazir bildirib ki, Cenevrə anlaşmasının icrası ilə bağlı sonradan əldə olunan anlaşmalar şifahi söhbətlərdi və buna görə də yayımlana bilməz. Amma onun mətni İslam Respublikasının məsul şəxslərinə təqdim olunub.
Teqlər: