Bu qurumun “Azəriqaz”a 31 milyon manatdan çox borcu var
"Çörək sexlərinin ümumi borcu 1 milyon 938 min manatdır. Bu gün əhali abonent qrupundan böyük məbləğlərdə borclu abonentlərimiz yoxdur. Hazırda ən çox borcu olanlar Şəmkir rayonunda fəaliyyət göstərən istixana sahibləridir ki, bu məbləğ 11 milyon manat civarındadır. Bu günədək həmin bölgədə bu istiqamətdə cəmi 61% ödəmə olub".
C.Səfərov bildirib ki, Bakı və Salyanda olan istixanaların ödənişləri 88 və 83% təşkil edir.
"Digər böyük borcu olan qaz istehlakçısı “Azəristiliktəchizat” ASC-dir. 2020-ci il iyul ayının birinə olan məlumata əsasən, bu qurumun 31 milyon 322 min manat borcu var. Yerdə qalan bəzi şirkətlər də var ki, onların borclarını kommersiya fəaliyyətlərinə müdaxilə olmasın deyə açıqlamaq istəməzdik. Bu borclar yalınız məhkəmə mübahisələndirmələri zamanı ortalığa çıxır və açıqlanır".
Aytən Zəhra
Azvision.az