TQDK: “Nəticələr martın 19-da elan olunacaq”

TQDK: “Nəticələr martın 19-da elan olunacaq”
  18 Mart 2013    Oxunub:1238
İmtahana buraxılış zamanı 4 nəfərin başqasının yerinə imtahana girməyə cəhd etdiyi aşkarlanıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2013-cü il martın 17-də Respublikanın bütün peşə liseylərinin (cəmi 45) sonuncu sinfində təhsil alan şargirdlər üçün buraxılış imtahanları keçirlib. Bu barədə AzVision.az-a komissiyanın mətbuat xidmətindən məlumat verilib.

Respublika üzrə 29 imtahan mərkəzində baş tutan imtahan saat 12:00-da başlanıb və 2 saat müddətində aparılıb.

Bütün mərkəzlərdə imtahan prosesi təlimata uyğun aparılıb, iştirakçıların təqdim olunmuş test tapşırıqları üzrə öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İlkin məlumatlara əsasən müxtəlif binalarda 28 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və köçürmə hallarına görə imtahandan xaric edilmiş və nəticələri ləğv olunub.

Qeyd edək ki, müxtəlif binalarda imtahana buraxılış zamanı 4 nəfərin başqasının yerinə imtahana girməyə cəhd etdiyi aşkarlanıb. Hal-hazırda TQDK-da baş verən bu qayda pozuntusuna görə müvafiq araşdırma aparılır.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin martın 19-dək elan olunması nəzərdə tutulur.



Teqlər:  





Xəbər lenti