Azərbaycan neftinin qiyməti 46 dollara çatır

Azərbaycan neftinin qiyməti 46 dollara çatır
  22 İyul 2020    Oxunub:3969
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,25 dollar geriləyərək 44,07 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,28 dollar ucuzlaşaraq 41,64 dollar təşkil edib.

“Azeri Light” markalı Azərbaycan neftinin bir barrelinin qiyməti 1,74 dollar artraraq 45,74 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Azvision.az


Teqlər: Neft  





Xəbər lenti