Son bir neçə saatda Ukrayna Daxili İşlər Nazirliyinin “Berkut” xüsusi təyinatlı dəstəsinə məxsus 3 nəqliyyat vasitəsi yandırılıb. Etirazçılar həm də “Dinamo” stadionunun kassalarına od vurublar. “Molotov kokteyl”ləri və dəyənəklərlə silahlanan müxalifətçilər polisə hücum çəkiblər.
Öz növbəsində polis isə havanın temperaturunun mənfi 9 olmasına baxmayaraq su şırnaqlarından və rezin güllərdən istifadə edib. Hər iki tərəfdən çoxsaylı yaralıların olduğu bildirilir. Müxalifət düşərgəsi 70 nəfərin xəsarətlərlə xəstəxanalara çatdırıldığını məlumat verib.
Ötən gecə Ukrayna müxalifətinin liderlərindən,“UDAR” partiyasının sədri Vitali Kliçko ilə görüşən prezident Viktor Yanukoviç ölkədəki böhranı həll etmək üçün xüsusi komissiyanın yaradılacağını söz verib.
Eyni vaxtda Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ketlin Heyden Ukrayna hakimiyyətindən xüsusi təyinatlıları Kiyevin mərkəzindən geri çəkməyi və müxalifətlə dialoqa başlamağı tələb edib. Əks halda ABŞ-ın sanksiyalar tətbiq edəcəyini xatırladıb. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti “xalqın qanuni narazılığını tanımadığına görə” vəziyyət gərginləşib.