Moskvada Ulduzu sönən “Maya bacı”

Moskvada Ulduzu sönən “Maya bacı”
  23 İyul 2020    Oxunub:16699
Tanınmış azərbaycanlı aktrisa və pianoçu Tamilla Rüstəmova ötən gün 84 yaşında Moskvada vəfat edib.
Azvision.az xəbər verir ki, Tamilla Rüstəmova 1936-cı ildə Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun ailəsində anadan olub.

1959-cu ildə Qnesinalar adına Musiqi institutunu fortepiano ixtisası üzrə bitirib. Həmin il institutun tələbəsi olan vokalçı Olgerd Krastınşla ailə həyatı quraraq Riqaya köçüb. Bir neçə ildən sonra Bakıya qayıdan aktrisa bu dəfə Moskvaya köçərək orada yaşayıb.

Aktrisa bir neçə bədii filmdə yadda qalan obrazlar yaradıb. Onun ən yaddaqalan obrazları "Ulduz" filmində Ulduz və "Böyük dayaq" filmində Maya bacı rollarıdır.



Azvision.az


Teqlər: TamillaRüstəmova  





Xəbər lenti