Kadırov Pompeoya qarşı sanksiya tətbiq etdi

Kadırov Pompeoya qarşı sanksiya tətbiq etdi
  24 İyul 2020    Oxunub:2822
Çeçenistan lideri Ramzan Kadırov ABŞ-ın dövlət katibi Mayk Pompeoya qarşı sanksiya tətbiq edildiyini açıqlayıb.
Azvision.az xəbər verir ki, bu barədə “Grozny.TV” kanalı məlumat yayıb.

O, əvvəllər Pompeonu ziyarətə dəvət etdiyini xatırladıb, lakin indi Çeçenistan liderinin sözlərinə görə, artıq buna ixtiyarı yoxdur.

"Mən dəvəti ləğv edirəm və onun bütün hesablarının bloklanmasına qədər respublika üzrə bütün sanksiyaların tətbiq olunduğunu elan edirəm".

Çeçenistan rəhbəri, Vaşinqtonun heç bir siyasətə qarışmayan qızlarını və həyat yoldaşını "qara siyahı"ya daxil etdiyini başa düşmədiyini söyləyib.

Bundan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo Ramzan Kadırovun "qara siyahı"ya daxil edildiyini bildirib. Birləşmiş Ştatlar onu işgəncə, məhkəmədənkənar edam və digər cinayətlərdə ittiham edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çeçenistan  





Xəbər lenti