“Rusiya qanunlarına əməl edin” - Polad Bülbüloğlundan çağırış

“Rusiya qanunlarına əməl edin” -  Polad Bülbüloğlundan çağırış
  25 İyul 2020    Oxunub:4937
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu həmvətənlərimizi Rusiyanın qanun və qaydalarına əməl etməyə çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə səfirin müraciətində deyilir.

“Siz Rusiyada yaşayırsınız, çoxunuz bu böyük ölkənin vətəndaşısınız. Sizdən xahiş edirəm ki, buradakı qanun və qaydalara əməl edəsiniz. Pandemiya şəraitində xoşagəlməz vəziyyətə düşməmək üçün qanunları pozmadan ədalətli mübarizəmiz üçün özünüzü qoruyun, çünki sizinlə vahid məqsədimiz var - Vətənin müdafiəsi, onun ərazi bütövlüyünün və tarixi həqiqətin bərpası”.

Səfirin müraciəsində vurğulanıb ki, təxribatlara layiqli cavab vermək, eyni zamanda küçə döyüşlərinin səviyyəsinə düşməmək üçün bir yerdə olmalıyıq.

"Mübarizəmiz yalnız qanun çərçivəsində aparılmalıdır", - deyə diplomat vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Səfir  





Xəbər lenti