Bank müştərilərinin sayı artıb

Bank müştərilərinin sayı artıb
  25 İyul 2020    Oxunub:5912
İyulun 1-nə ölkədə bank müştərilərinin sayı 8 milyon 465 min 977 nəfər təşkil edib.
Azvision.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bank müştərilərinin sayında ötən ayla müqayisədə 218 min 422, ilin əvvəlinə nisbətən isə 448 min 396 artım olub.

Bank müştərilərinin 8 milyon 354 min 596 nəfəri fiziki, 111 min 381 nəfəri hüquqi şəxslərdir.

Azvision.az


Teqlər: Mərkəzi-Bank  





Xəbər lenti