Türkiyə-Suriya sərhədində iki partlayış, 10 ölü

Türkiyə-Suriya sərhədində iki partlayış, 10 ölü
  21 Yanvar 2014    Oxunub:1026
Türkiyə-Suriya sərhədində iki partlayış olub, 10 nəfər ölüb.
Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonundakı Cilvəgözü sərhəd-buraxılış məntəqəsindən 4,5 km aralıda Suriya tərəfdə iki avtomobil partlayıb.

AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində çoxlu sayda insan ölüb. Türkiyəyə gətirilən 3 yaralıdan biri yolda dünyasını dəyişib.

"Anadolu" agentliyinin məlumatına görə, yaralanmış 5 suriyalı Reyhanlı Dövlət Xəstəxanasına gətirilib.

Hadisənin baş verdiyi ərazinin Azad Suriya Ordusunun nəzarətində olduğu bildirilir.

Suriya İnqilab Şurasının açıqlamasında, Bab əl-Həva sərhəd qapısında baş vermiş partlayış nəticəsində 10 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir.


Teqlər:





Xəbər lenti