2,2 min əlilliyi olan şəxs reabilitasiya xidmətləri ilə təmin edilib
Yeni sosial layihələr kimi, eşitmə və nitq qabiliyyəti olmayanlar üçün videoportal - www.surdotv.az istifadəyə verilib. Sağlamlıq imkanları məhdud uşaqlara həmyaşıdları tərəfindən diqqət və qayğı ilə yanaşmanı təbliğ edən cizgi filmləri hazırlanıb.
Nazirliyin Sumqayıt, Lənkəran, Xaçmaz, Şəki şəhərlərindəki əlilliyi olan şəxslər üçün regional bərpa mərkəzləri əsaslı təmir olunub və yaxın vaxtlarda istifadəyə veriləcək. Həmçinin ilin sonunadək Şağan Müalicə Pansionatı və Şirvan şəhərindəki bərpa mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra, həmçinin Şəmkir və Qəbələ şəhərlərində tikilən uşaq bərpa mərkəzlərinin açılışı nəzərdə tutulub.
Azvision.az
Teqlər: ƏƏSMN