Abdullah Gül: “Nələr edəcəyimizi görəcəksiniz” - VİDEO
Türkiyə Prezidenti Abdullah Gül Ankarada rəsmi səfərdə olan Gürcüstanın dövlət başçısı Giorgi Marqvelaşvili ilə keçirdiyi mətbuat konfransında Türkiyə, Azərbaycan və Gürcüstan arasında həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb.
Abdullah Gül deyib ki, dost və qardaş olan bu üç ölkə çox böyük strateji əhəmiyyətə malik layihələr həyata keçirib. Bundan sonra yeni layihələr də həyata keçiriləcək. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və bunlara əlavə olaraq həyata keçiriləcək TANAP layihələri əməkdaşlığın bir nümunəsidir.
Türkiyə Prezidenti bölgədəki münaqişələrə də toxunub, onların sülh və dövlətlərin ərazi bütövlüyünün qorunması yolu ilə həllinin vacibliyini vurğulayıb.
Türkiyə prezidenti Abdullah Gül jurnalistlərin 17 dekabr Böyük Rüşvət əməliyyatı ilə bağlı suallarını da cavablandırıb. Prezident deyib ki, Hakimlər və Prokurorlar Yüksək Qurumu (HPYQ) ilə bağlı qanunvericiliyə dəyişikliklərdən sonra qəti qərarlar veriləcək. Prezident bu haqda fikirlərini “qanun çıxsın, nələr edəcəyimizi görəcəksiniz” sözləri ilə tamamlayıb.
Bu arada Böyük Rüşvət əməliyyatında həbs edilənlərin istintaqı davam edir. İstanbul Baş Prokurorluğundan Türkiyə xəbər kanallarına ötürülən bilgiyə görə, artıq eks-nazirlərin övladları, onların rüşvət zəncirinin haraya qədər uzanması ilə bağlı ciddi faktlar ortaya çıxarılıb. Ehtimal edilir ki, yaxın günlərdə AKP hökumətinin keçmiş və indiki nazirlərindən daha bir neçəsinin və onların yaxınlarının 17 dekabr rüşvət əməliyyatına bağlılıqları haqqında xəbərlər gündəmə gələcək.
Korrupsiya və rüşvət ittihamlarının əsas ismi Rza Zərrabın da durumunda dəyişikliklər olması haqqında xəbərlər yayılmaqdadır. Ancaq bu durum onu qarşı sürülən ittihamların əsassızlığı ilə deyil, ailəsində yaranan gərgin durum ilə bağlıdır. Hurriyet.com-un yazdığı bilgiyə görə, həyat yoldaşı sənətçi Ebru Gündeş artıq Rza Zərrabı ziyarət etmir. Ebri Gündəşin Metris həbsxanasına yolunun kəsilmə səbəbi kimi isə Rza Zərrabın bir neçə gün öncə yayılan telefon danışıqları göstərilir. Yada salaq ki, həmin danışıqlar Rza Zərrab köməkçilərinə İstanbulda qonağı olacaq Dubay polis rəislərinə “xidmət edəcək” qadınlar tapmağı tapşırır, ərəb əsilli qadını isə özü üçün saxlamaq göstərişi verir. Bu olayın Ebru ilə Rza arasında ciddi gərilmə yaratması və Ebrunun 17 dekabrdan sonra ikinci ciddi əsəb krizi yaşamasına səbəb olduğu iddia edilir.