Kiyevdə vəziyyət gərgin olaraq qalır

Kiyevdə vəziyyət gərgin olaraq qalır
  21 Yanvar 2014    Oxunub:997
Kiyevdə kütləvi iğtişaşlar zamanı həkimə müraciət edənlərin sayı 100-ü keçib.
AzVision.az xəbər verir ki, Ukraynanın UDAR partiyasının lideri Vitali Kliçko güc strukturlarının əməkdaşlarına müraciət edib. Musavat.com xəbər verir ki, müraciəti partiyanın mətbuat xidməti yayıb. Vitali Kliçko güc strukturlarının vətənpərvər əməkdaşlarını hakimiyyətin başlatdığı zorakılıq və repressiyaların genişlənməsinə imkan verməməyə çağırıb: “Bu barədə düşünün, qorxmayın və xalqla birlikdə olun. Axı, siz və ailələriniz Ukrayna cəmiyyətində yaşayır. Siz də hakimiyyətin döyüşə atdığı insanlarlar kimi vətəndaşsınız”.

Vitali Kliçko hesab edir ki, hakimiyyətin ölkəni sürüklədiyi qan tökülməsindən xilasına DİN zabitləri və döyüşçüləri yarıdm edə bilərlər. O, xüsuis təyinatlıları və milis əməkdaşlarını cinayətkar əmrləri yerinə yteirməkdən imtinaya çağırıb.

“Kimlər etiraza çıxan insanlara qarşı zorakılıqdan imtina etsələr və xalqın yanında olsalar, təqiblərə məruz qalmayacaqlar. Onlara və ailələrinə təhlükəsizlik təminatı veriləcək”, - müraciətdə deyilir.

Bu arada kütləvi iğtişaşlar zamanı 100-dən çox şəxs tibbi yardım məqsədilə müraciət edib, onlarda 44-ü xəstəxanalara yerləşdirilib. Xəsarət alanlar arasında hüquq mühafizə orqanlarının əməkdaşları yoxdur. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Paytaxt administrasiyasının mətbuat xidmətinin açıqlamasında deyilir: "Yanvarın 19-u saat 16:00-dan yanvarın 20-si saat 12:00-dək 104 nəfər təcili tibbi yardımın həkimlərinə müraciət edib, onlardan 44-ü xəstəxanalara yerləşdirilib".

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, kütləvi iğtişaşlarda iştiraka görə 31 nəfər polis tərəfindən saxlanılıb.


Teqlər:





Xəbər lenti