İmtahanlarda ən yüksək nəticə göstərən məktəblər

   İmtahanlarda ən yüksək nəticə göstərən məktəblər
  27 İyul 2020    Oxunub:4771
Əvvəlki illərin məzunları üçün 10 iyul 2020-ci il tarixində keçirilmiş qəbul (o cümlədən cari ilin məzunları üçün buraxılış (qəbul) və əlavə xarici dil imtahanı) imtahanlarında ən yüksək nəticə göstərən məktəblər açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) Azvision.az -a verilən məlumata görə, imtahan iştirakçıları arasında ən yüksək nəticəni 266.2 bal toplayan Yardımlı rayonu, Alçabulaq kənd tam orta məktəbinin cari il məzunu göstərib.

İkinci ən yüksək nəticəni 260.6 bal toplayan Quba rayonu, II Nügədi kənd 1 saylı tam orta məktəbin əvvəlki illərinin məzunu qazanıb.

Növbəti ən yüksək nəticəni isə 258.5 balla Sabirabad rayonu, 5 saylı şəhər tam orta məktəbin əvvəlki illərinin məzunu əldə edib.

Azvision.az



Teqlər: DİM   İmtahan  





Xəbər lenti