Ermənistan çətin seçim qarşısında

Ermənistan çətin seçim qarşısında
  18 Mart 2013    Oxunub:1394
Avropa İttifaqı Ermənistana növbəti dəfə xəbərdarlıq göndərib.
Avropa İttifaqı Ermənistana növbəti dəfə xəbərdarlıq göndərib: Ermənistanın Rusiyanın təşəbbüsü ilə yaradılmış Gömrük İttifaqında iştirakı Avropa İttifaqı ilə azad ticarət zonası haqqında müqaviləyə uyğun deyil. Bu barədə Avropa Parlamentinin xarici əlaqələr üzrə komissiyasının sədri, Avropa Xalq Partiyasının sədr müavini Elmar Brok bəyanat verib.

O qeyd edib ki, Ermənistanın Həm Gömrük İttifaqına daxil olmaq, həm də Avropa İttifaqı ilə azad ticarət zonası haqqında müqavilə imzalamaq kimi ikili arzusu hüquqi cəhətdən düzgün hesab edilmir: ”Avropa İttifaqı Gömrük İttifaqına üzv olan bir ölkə ilə dərin və hərtərəfli azad ticarət haqqında müqavilə imzalaya bilməz. Hüquqi baxımdan bu mümkün deyil. Ermənistan mütləq seçim etməlidir.”

“Əgər Ermənistan, buna baxmayaraq Rusiyanı seçərək Gömrük İttifaqına daxil olmağa qərar versə necə olacaq?” sualına cavab olaraq Elmar Brok bildirib ki, “O zaman Avropa İttifaqının Ermənistana münasibəti, Rusiyaya münasibəti kimi olacaq ”.

AzVision.az


Teqlər:  





Xəbər lenti