Gülən Ərdoğanı CHP ilə vuracaq

Gülən Ərdoğanı CHP ilə vuracaq
  21 Yanvar 2014    Oxunub:1171
Dini lider Fəthullah Gülən Amerikanın “Wall Street Jurnalı”na Türkiyədə yaşanan olaylarla bağlı ilk dəfə açıqlama verib.
AzVision.az-ın məlumatına görə, din xadimi artıq Ərdoğanın islahat yolundan ayrıldığını söyləyib. 17 dekabrda korrupsiya qalmaqalından bu yana ilk dəfə açıqlama verən Gülən qeyd edib ki, türk xalqı son iki ildir demokratik prosesin əksinin həyata keçirildiyi üçün kədərlidir.

Gülən “Camaat” deyə adlanan quruluşun Ədalət və İnkişaf Partiyasına (AKP) siyasi altenativ olmasına müsbət yanaşdığını bildirib. Digər yandan isə Fəthullah Gülən hərəkatının Cümhuriyyət Xalq Partiyasına (CHP) dəstək verə biləcəyi ilə bağlı iddiaların yalan olmadığını deyib.

Daha sonra G.Gülən Ərdoğan hökümətinin dəyişdiyini söyləyib:

“Dəyərlərimiz və duruşumuz dəyişməyib. Siyasi aktyorların duruşunun və ya hərəkətlərinin əvvəlki vaxtlarla eyni olub-olmamasına türk insanı və tərəfsiz müşahidəçilər qərar verməlidir”-deyə əlavə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti