İordaniya Ermənistana silah satışını təkzib edir

 İordaniya Ermənistana silah satışını təkzib edir
  29 İyul 2020    Oxunub:3605
İordaniya hökuməti Ermənistana silah göndərməsi barədə məlumatları təkzib edib.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Azərbaycanın İordaniyadakı səfiri Rasim Rzayev bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN İordaniyanın 12 iyul Tovuz döyüşləri zamanı Ermənistana silah göndərməsi ilə bağlı xəbərləri təkzib edib.

Xarici İşlər Nazirliyinin Asiya İşləri İdarəsinin direktoru Azərbaycan səfirinə silah satışını İordaniyada müdafiə sənayesindən silah almış özəl şirkətlərin gerçəkləşdirə biləcəyini deyib.

Xatırladaq ki, daha əvvəl İordaniyanın Ermənistana silah satması ilə əlaqədar bu ölkənin Bakıdakı səfiri Sami Abdullah Qoşeh Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Xarici İşlər nazirinin müavini Araz Əzimov İordaniya səfiri ilə qeyd edilən məsələni müzakirə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   İordaniya   Səfir  





Xəbər lenti