Suriya müxalifətində parçalanma başladı
AzVision.az əl-Məyadin telekanalına istinadla verdiyi xəbərə görə, dünən Suriya müxalifətinin koalisiyası “Cenevrə 2” sülh danışıqlarına getməyə qərar verib.
Bunun ardından müxalifətdə yer alan Milli Şura etiraz edərək, koalisiyadan çıxmağa qərar verib. Bildirək ki, Suriyanın bariz müxalifətçisi Corc Sabranın başçılıq etdiyi Milli Şura koalisiyanın əsas qollarındandır və onun koalisiyadan çıxması müxalifətin durumunu daha da gərginləşdirəcək.
S. Həsənova
AzVision.az