İran hərbi gəmilərini Atlantik okeanına göndərdi

İran hərbi gəmilərini Atlantik okeanına göndərdi
  21 Yanvar 2014    Oxunub:1079
İran ordusu dəniz qüvvələrinin komandanı Admiral Əmir Həbibullah Səyyari ölkəsinin məqsədlərini açıqlayıb.
İran ordusu dəniz qüvvələrinin 29-cu dəstəsini Atlantik okeanına yola salıb. AzVsion.az–ın İran mətbuatına istinadla verdiyi xəbərə görə, Atlantik okeanına İranın dəniz qüvvələrinin hərbi təlim və kəşfiyyat gəmiləri göndərilib.

İran ordusu dəniz qüvvələrinin komandanı Admiral Əmir Həbibullah Səyyarinin sözlərinə görə, əsas məqsədlərinin, təlimlər və dünyaya sülh mesajlarının çatdırmaqdır.

Onu da qeyd edək ki, İran hərbi gəmilərinin beynəlxalq sulara göndərilməsinin digər bir məqsədi, neft tankerlərinin təhlükəsizliyinin təmin etməkdir. Belə ki, yanvarın 7-də Ədən körfəzində İrana məxsus neft tankerlərinə hücum edilmişdi. Hücumların qarşısı müşayiətçi dəniz qüvvələri tərəfindən vaxtında alınmışdı.

S. Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti