Özünü binadan atdı

Özünü binadan atdı
  18 Mart 2013    Oxunub:1869
Bakıda dəhşətli intihar hadisəsi baş verib.
Bu barədə Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Hadisə bu gün saat 12.45 radələrində 9-cu mikrorayon, Adil Məmmədov küçəsi, 55 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 26 yaşlı İlqar Əli oğlu Musayev həmin ünvanda yerləşən 18 mərtəbəli yaşayış binasından özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər. İ. Musayevin neçənci mərtəbədən özünü atdığı hələlik məlum deyil. Onun özünü binanın damından atdığı ehtimal olunur.

Polisdən həmçinin bildirilib ki, mərhum ABŞ-da ali təhsil alıb. O, təhsilini yenicə başa vuraraq Bakıya qayıdıbmış.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.(apa)


Teqlər:  





Xəbər lenti