Ancelina Coli ifritə rolunda – VİDEO, FOTOLAR

Ancelina Coli ifritə rolunda – VİDEO, FOTOLAR
  21 Yanvar 2014    Oxunub:3873
Məşhur aktrisa Ancelina Coli “Disney” studiyasının yeni blokbasteri olan “Malefisenta” (Maleficent) filmində çəkilib. May ayında ekranlara çıxacaq fentezi filmin büdcəsi 200 milyon dollardır. Bu, “Yatmış gözəl” nağılının bir növ prikvelidir.
Rejissor Robert Stromberqin çəkdiyi filmdə Colidən başqa El Fanninq, Şarlto Kopli, Cuno Templ, Sem Rayli və digər aktyorlar da rol alıblar. Robert Stromberq daha öncə “Avatar” və Alisa möcüzələr diyarında” filmlərinin dizayneri olub. Filmin ssenaristi Linda Vulverton da kinoda elə həmin ekran əsərlərinə görə məşhurlaşıb. Buna qədər isə “Aslan Kral” və “Gözəl və Bədheybət” multfilmlərinin ssenarisini yazmışdı.

Verilən məlumatlara görə, Malefisenta rolu üçün Ancelina Coli 15 milyon dollar qonorar alıb. Bununla da ən bahalı aktrisaların reytinqində yerini möhkəmləndirib.





AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti