Azərbaycan məktəblilərinin növbəti uğuru

Azərbaycan məktəblilərinin növbəti uğuru
  30 İyul 2020    Oxunub:3240
Kimya fənni üzrə virtual şəkildə 52-ci Beynəlxalq kimya olimpiadası (IChO 2020) keçirilib.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, 60 ölkə və 235 məktəblinin qatıldığı bu olimpiadada iştirak edən Azərbaycan məktəbliləri yeni uğura imza atıblar. Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Xanım Yaqublu gümüş medal, həmin liseyin XI sinif şagirdi Əjdər Fərzullazadə isə bürünc medala layiq görülüb.

Azvision.az


Teqlər: Məktəb  





Xəbər lenti