Jirinovski yenə maraqlı təkliflə çıxış edib

Jirinovski yenə maraqlı təkliflə çıxış edib
  21 Yanvar 2014    Oxunub:958
Onun fikrincə, Duma deputatının çəkisi 80 kiloqramdan artıq olmamalıdır.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Liberal-Demokrat partiyasının sədri Vladimir Jirinovski 80 kiloqramdan artıq çəkiyə malik deputatları və məmurları vəzigəsindən uzaqlaşdırmağı təklif edib.

O, Dumanın plenar iclasında təklifini səsləndirib.
“İndi bütün dünya piylənməyə qarşı mübarizə aparır. Biz vahid standart tətbiq etməliyik: 80 kiloqram. Bu çəkidən ağır deputatları vəzifəsindən azad etmək lazımdır”.

Deputat həmkarı Aleksandr Starovoytovun 98 kiloqram çəkiyə malik olduğunu eşidən Jirinovski ondan piyin “əritməyi” tələb edib. “Mən 108 kiloqram idim. İndi 98 kiloyam. İlin sonuna 90 olacam”- deyə partiya sədri həmkarına özünü nümunə göstərib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti