Mərkəzi Elmi Kitabxanada yeni şöbə yaradılıb
Kitabxana rəhbərliyi hazırda elmi ictimaiyyətə daha səmərəli innovativ xidmət üsulları tətbiq etməklə, kitabxana-informasiya fəaliyyətində əsaslı islahatlar aparmaqdadır. Eyni zamanda, kitabxananın fondlarının strukturunda da yenidənqurma işləri görülür, yeni fondların təşkili nəzərdə tutulur.
MEK-dən Azvision.az -a bildirilib ki, kitabxanada yeni yaradılan Şərqşünaslıq şöbəsinin əsas fəaliyyət istiqamətlərini şərq dillərində xaricdə və Azərbaycanda çap edilən, eləcə də elektron elmi nəşrlərlə və azərbaycanşünaslığa dair ədəbiyyatla fondun komplekləşdirilməsi, elmi kataloqlaşdırılması, elektron kataloqun formalaşdırılması, informasiya-axtarış aparatının təşkili və aparılması, oxuculara kitabxana-informasiya xidmətinin təşkili və s. əhatə edir. Bundan başqa, şöbə Yaxın Şərq ölkələri ilə beynəlxalq kitab mübadiləsinin və fondun mühafizəsinin təşkili işini həyata keçirir. Sənədlərin istifadəsi acıq rəf üsulunda təqdim edilir.
Azvision.az