Gürcüstanın yeni baş prokuroru təyin olundu

Gürcüstanın yeni baş prokuroru təyin olundu
  22 Yanvar 2014    Oxunub:1060
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ədliyyə nazirinin təqdimatı əsasında ölkənin baş prokuroru vəzifəsinə Georgi Badaşvilini təyin edib.

Yeni baş prokuror 1981-ci ildə anadan olub, 2003-cü ildə Gürcüstan Politexnik Universitetinin hüquq fakültəsini bitirib.

Gürcüstan Baş Prokurorluğunda, Daxili İşlər Nazirliyində məsul vəzifələrdə çalışıb. Rus və ingilis dillərini bilir.

Gürcüstanın sabiq baş prokuroru keçən il dekabrın 30-da istefa verib.


Teqlər:





Xəbər lenti