ABŞ-da fövqəladə vəziyyət elan edildi

ABŞ-da fövqəladə vəziyyət elan edildi
  22 Yanvar 2014    Oxunub:1058
Güclü qar ABŞ-ın şimal-şərq və orta qərb ərazilərini bürüyüb.
Çikaqoya 25 sm, Bostona 21, Nyu-Yorka isə 15 sm hündürlüyündə qar düşüb. Sinoptiklər yağıntının daha da güclənəcəyini proqnozlaşdırırlar.

Artıq üç ştatda Nyu-York, Nyu-Cersi və Delaverdə fövqəladə vəziyyət elan edilib.
4 min 300 aviareys təxirə salınıb, təxminən 6 min reys isə qeyri-müəyyən vaxtadək gözləmək məcburiyyətindədir.
Nyu-York, Çikaqo, Vaşinqton, Filadelfiya, Nyuarka və Boston aeroportlarının işi iflic olub.

Yollarda da vəziyyət gərgindir. Nəqliyyatın hərəkəti çətinləşdiyindən yol qəzalarının da sayı artıb.

S. Həsənova


Teqlər:





Xəbər lenti