“İqtisadi şərtlər kifayət qədər dəyişib” - Tahir Mirkişili

 “İqtisadi şərtlər kifayət qədər dəyişib” -    Tahir Mirkişili
  05 Avqust 2020    Oxunub:3632
"Mart ayından başlayaraq neftin qiyməti kəskin ucuzlaşıb. Bu müddətdə bir çox ölkələrin xarici borcları artıb".
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, yeni növ koronavirus infeksiyasının (COVİD-19) dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına, dünyanın enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub.

"İstər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Son iki ayın təhlilləri göstərir ki, biz kifayət qədər ehtiyatlı olmalıyıq. Ona görə də ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə belə bir qanun layihəsi hazırlandı və sənəddə sosial xərclərə böyük önəm verilməsi, heç bir sosial paketin ixtisar olunmaması tövsiyə edildi".

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Milli-Məclis  





Xəbər lenti