Sosial təminat və müdafiə ilə bağlı xərclər dəyişdi

   Sosial təminat və müdafiə ilə bağlı xərclər dəyişdi
  05 Avqust 2020    Oxunub:4352
Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında "Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında" qanuna təklif olunan dəyişikliklər birinci oxunuşda müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, qanun layihəsinə əsasən, DSMF-nin 2020-ci il büdcəsinin gəlirləri 4 milyard 784 milyon 700 min manat, xərcləri 4 milyard 784 milyon 700 min manat məbləğində müəyyən edilib.

Bu dəyişikliyə qədər DSMF-nin 2020-ci il büdcəsinin gəlirləri 4 825 508 800,0 manat, xərcləri 4 825 508 800,0 manat məbləğində olub.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: DSMF  





Xəbər lenti