İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri artırılır

  05 Avqust 2020    Oxunub : 2546
İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri artırılır
Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, qanun layihəsində İşsizlikdən Sığorta Fondunun 2020-ci il büdcəsinin gəlirlərinin 151 milyon 235 min 400 manat, xərclərin 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilməsi təklif olunur.

Xatırladaq ki, fondun 2020-ci il büdcəsinin gəlirləri 128 235 400,0 manat, xərcləri 128 235 400,0 manat məbləğindədir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis