Bəzi istiqamətlərdə xəttə əlavə avtobuslar buraxıldı

Bəzi istiqamətlərdə xəttə əlavə avtobuslar buraxıldı
  05 Avqust 2020    Oxunub:4699
“Axşam pik saatlarında sərnişin axınını idarə etmək üçün ekspress xətlər üzrə ehtiyat avtobuslar cəlb edilib”.
Azvision.az -ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, ehtiyat avtobuslar daha çox tələbat olan istiqamətlərdə - metronun “28 May”, “Nizami”, “Elmlər Akademiyası”, “20 Yanvar” və “İçərişəhər” stansiyaları istiqamətində toplanıb.

Eyni qaydada, səhər pik saatlarında tələbat olan istiqamətlərdə qabaqlayıcı tədbirlər görülür.

Azvision.az


Teqlər: BNA   Avtobus  





Xəbər lenti