Ofisiant Toni Bleyeri “həbs etmək” istədi

Ofisiant Toni Bleyeri “həbs etmək” istədi
  22 Yanvar 2014    Oxunub:1189
London restoranlarından birinin ofisiantı Toni Bleyeri İraqa hücuma görə “həbs etməyə” cəhd edib.
Londonun məşhur Tremşed restoranının ofisiantı Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyeri “həbs etməyə” cəhd edib. Ofisiant, 2003- cü ildə İraqa hücum əmrini məhz Bleyer verdiyinə görə, onu cəzalandırmaq istəyib. Britaniya mətbuatının məlumatına görə, Bleyer, Şorditç rayonunda yerləşən restoranda öz ailəsi və dostları ilə birgə nahar edirmiş.

Anqlosaks hüquqi sisteminə görə, ofisiantın bu cür davranışı vətəndaş həbsi kimi qəbul olunur. Qaydaya əsasən qanunu pozduğuna görə axtarışda olan şəxsi, onu həbs etməyə səlahiyyəti çatmayan sıravi şəxs tərəfindən saxlanıla bilər.

Ofisiant Tviqqi Qarsiya Toni Bleyeri “həbs etmək” cəhdindən danışıb: " Ona yaxınlaşdım, əlimi onun çiyninə qoyub dedim: cənab Bleyer, bu, dünya əleyhinə törətdiyiniz cinayətə, İraqa qarşı müharibə başlamaq əmrini məhz siz verdiyinizə görə vətəndaş həbsidir. Təklif edirəm ki, mənimlə birgə polis məntəqəsinə gedəsiniz. Günahınıza görə cavab verməlisiniz”.

Keçmiş nazir ona, “...sizə elə gəlmirmi ki, Suriyanın taleyindən narahat olmalısınız, Səddamın qəddar diktator olduğunu qəbul etmirsinizmi, onu aradan götürmək lazım idi...” Buna cavab olaraq ofisiant ,“-Bəli, amma qeyri-qanuni müharibə yolu ilə yox” –deyə etirazını bildirib.

Sonra ailəsi Toni Bleyeri müdafiə edib. Onun oğullarından biri aşağı mərtəbədə dayanan təhlükəsizlik xidməti işçsini çağırıb. Bu zaman ofisiant restoranı tərk edib.

“Mən “aradan çıxmaq” istədim çünki, əvvəllər də polislə problemlərim olub”-deyə ofisiant bildirib.

İnsidentdən sonra Tviqqi Qarsiya Tremşed restoranını və işini tərk edib.

Toni Bleyerin mətbuat katibinin sözlərinə görə, Keçmiş baş nazir məsələni müzakirə etməyi təklif etməsinə baxmayaraq, ofisiant çıxıb gedib. O getdikdən sonra isə Bleyer ailəsi istirahtələrinə xoş əhval-ruhiyyə ilə davam ediblər. Ofisiant isə işindən azad edilib.

Qeyd edə ki, ABŞ prezidenti Corc Buş və Toni Bleyerin əmri ilə 2003-cü ildə İraqda başladılan müharibə nəticəsində 153 min nəfər həyatını itirib.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti