Bzejinski: `Putinin pulu qurtarıb`

Bzejinski: `Putinin pulu qurtarıb`
  22 Yanvar 2014    Oxunub:1137
Amerika prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə keçmiş məsləhətçisi Zbiqnev Bjezinskinin fikrincə, Rusiya rəhbərliyi böhranın öhdəsindən gəlmək məcburiyyətində qalacaq.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Senatının Xarici İşlər üzrə Komitəsinin Ukraynadakı siyasi böhranlara həsr olunmuş dinləmələrində çıxış edən Bjezinski Rusiyanı tənqid edib.

Onun sözlərinə görə, Ukraynaya dəstək olmaq Rusiyaya qarı müharibə deyil, əksinə “onun (Rusiyanın) normal postimperiya ölkəsinə çevrilməsinə dəstəkdir”. “Avrasiya İttifaqı Rusiyanın problemlərini həll etmir. Gec ya tez Rusiyadakı avtoritarizm çökəcək”- deyə keçmiş məsləhətçi bildirib.

Ukrayna müxalifətinə nümunə olaraq Bjezinski Polşanı nümunə göstərib. O avromeydan hərəkatını Polşadakı “Solidarnost” hərəkatı ilə müqayisə edib və ukraynalıların suveren və Avropa modelli Ukraynada yaşamağa layiq olduqlarını bildirib.
Avromeydan hərəkatından böyük həvəslə danışan Bjezinski bunun Ukrayna xalqının oyanışı kimi dəyərləndirib. O, Rusiya prezidentinin Ukrayna işlərinə güc yolu ilə hər hansı müdaxilə etməkdən çəkinməyə çağırıb.

“Putinin pulu qurtarır. Çox güman ki, o, böhranın öhdəsindən gəlmək məcburiyyətində qalacaq. Putinin Yanukoviçə dəstək imkanları da müəyyən həddə qədərdir”.
Senatdakı çıxışından öncə, Zbiqnev Bjezinski “Ukraynskaya Pravda” qəzetinə müsahibə verib və Ukraynanın siyasi reallıqlarına toxunub.

“Ukrayna tarixində onun Avropaya doğru getdiyi bir çox anlar olub. Lakin onların heç biri bu dəfəki qədər kütləvi deyil. Mən bunu tarixi nailiyyət hesab edirəm. Bu o deməkdir ki, milli azadlıq hissi bütöv bir nəslin şüurunda qaçılmaz gerçəkliyə çevrilir”- deyə politoloq bildirib.

Bundan başqa, Zbiqnev Bjezinski bir daha qeyd edib ki, “Ukraynada baş verənləri anti-Rusiya məsələsi kimi qəbul etmək olmaz”. Onun fikrincə,proseslər əslində Rusiyanın da Avropa gələcəyinə perspektivlər açır.
“Tarixi perspektiv baxımından Ukraynada baş verən sonuncu hadisələr Avropanın Ukrayna və sonradan isə Rusiya hesabına genişlənməsinə gətirib çıxaracaq uzun prosesin başlanğıcı kimi qəbul olunmalıdır.

“Buna görə də Rusiyanın başında dayandığı Avropa İttifaqı fiksiyadır. Və bu ittifaq iqtisadi, sosial və personal səbəblərə görə dağılacaq. Nəticədə isə bu yalnız Rusiyanın Çinin Mərkəzi Asiyada artan nüfuzuna hazırlıqsızlığını artıracaq”.
Buna görə uzunmüddətli perspektivdə Rusiyanın maraqları Avropanın bir hissəsinə çevrilməyə istiqamətlənməlidir.

“Biz istəyirik ki, Ukrayna Avropada olsun. Lakin Rusiyaya qarşı silah kimi deyil, Rusiyanı da əhatə edəcək prosesin başlanğıcı kimi”.

Bütün bunlara baxmayaraq onun sözlərinə görə, hazırki reallıqda “Ukraynada hakimiyyət olanlar üçün Rusiyadan asılılığın Avropa Birliyinə doğru gedən yoldakı siyasi qeyri-müəyyənlikdən daha əlverişli görünür. Qısamüddətli perspektivdə günün əsas məsələlərindən biri Ukrayna müxalifətində birliyin formalaşdırılmasıdır.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti