Kliçko ABŞ-ın adamı çıxdı
Sosial sığorta nömrəsi ABŞ dövlət müəssisələrinin öz vətəndaşlarına və rezidentlərinə göstərdiyi bir çox xidmətləri açıq edir.
Təqdim olunan bəyannaməyə görə, belə nömrələr Kliçkonun həyat yoldaşı və uşaqlarında da var. Vitali Kliçkonun 2012-ci ildəki gəlirləri bəyannaməyə əsasən 12 milyon dollar (100 milyon qrivna) təşkil edib. Amma qəzet qeyd edir ki, Ukrayna dövlət büdcəsinə bu vəsaitin heç bir qəpiyi də daxil olmayıb.
Son vaxtlar Ukrayna KİV-lərində Vitali Kliçkonun 2 xarici ölkənin- Amerika və Almaniyanın rezidenti olduğu, bu ölkələrdə daimi yaşamaq hüququna malik olduğu iddia olunur.
Ötən il oktyabrın 24-də Ukrayna parlamenti “Vergi məcəlləsi”nə düzəlişlər barədə qərar qəbul etmişdi. Dəyişikliyə əsasən, “əgər vətəndaş xarici ölkədə daimi yaşamaq hüququna malikdirsə, o, Ukraynada yaşayan şəxs statusunu itirir”. Bu qərar ilk növbədə Almaniyada yaşayış hüququna malik və bir müddət orada vergi ödəyən Vitali Kliçkoya da şamil olunur.
Bu isə öz növbəsində müxalifət liderinin 2015-ci ildə keçiriləcək prezident seçkilərinə namizəd olmaq şansını itirir. Ötən il noyabrın 8-də Viktor Yanukoviç “Ukraynanın Vergi məcəlləsində vergi ödəyicilərinin qeydiyyatı və bəzi halların təkminləşdirilməsinə dair düzəlişlər” adlı qanunu imzalamaqla bunu rəsmləşdiridi.
Öz növbəsində Kliçko, 2015-c ildəki seçkilərdə namizəd olmaq niyyətində israrlıdır. “Mən rəsmi şəkildə bildirirəm ki, 2015-ci ildə Ukrayna prezidentliyinə namizəd olacağam”.
O, həmçinin müxalifətin vahid namizədlə seçkidə iştirak edəcəyinə ümidini ifadə edib: “Yalnız səylərimizi birləşdirərək hazırki hakimiyyətə qarşı mübarizə apara bilərik. Əgər bunu etməsək, onda tezliklə çoxlu texniki namizədlər meydana çıxacaq”.
Hazırda isə o, müttəfiqləri ilə birlikdə, növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsinə nail olmağa çalışır.
AzVision.az