İsrail təhlükəli terrorçunu məhv etdi

İsrail təhlükəli terrorçunu məhv etdi
  22 Yanvar 2014    Oxunub:1000
Öz silahdaşı ilə birlikdə öldürülən fələstinli Əhməd Məhəmməd Zaanin Arile Şaronun yas mərasimin atəşə tutmaqda ittiham olunurdu.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, ötən gecə İsrail hərbi hava qüvvələrinin Qəzza sektorunun şimalında hərəkətdə olan maşına endirdiyi zərbələr nəticəsində 22 yaşlı Əhməd Məhəmməd Zaanin və onun həmkarı Mahmud Yusif Zaanin həlak olublar.

Bey-Hanun şəhərinin sakini olan Əhəməd Məhəmməd Zaanin bir neçə dəfə İsrail ərazisini atəşə tutmaqda və hərbi qulluqçulara hücumlar təşkil etməkdə şübhəli bilinirdi. Gənc fələstinlinin ən məşhur aksiyası isə yanvarın 13-də keçmiş İsrail baş naziri Ariel Şaronun “Şikmim” malikanəsində keçirilən dəfn mərasimini atəşə tutması olub.

Fələstin mətbuatının məlumatına görə, İsrail aviasiyası Qəzzannı şimalında, Beyt Hanun şəhərində hərəkət edən maşına yükəsk dəqiqliyə malik raket zərbəsi endirib. 22 yaşlı Əhməd Məhəmməd Zaanin və 23 yaşlı Mahmud Yusif Zaanin hadisə yerindəcə keçiniblər.

Xatırladaq ki,bundan öncə yanvarın 19-da İsrailin Aşkelon şəhərini atəşə tutmaqda şübhəli bilinən, “Əl-Qüds Briqadas” hərbləşdirilmiş təşkilatının komandirlərindən 22 yaşlı Əhməd Səəd hava zərbələri vasitəsilə məhv edilmişdi.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti