Kiyevdə 2 nəfər həlak olub

Kiyevdə 2 nəfər həlak olub
  22 Yanvar 2014    Oxunub:1199
Ukrayna Baş Prokurorluğu Kiyevin mərkəzində 2 nəfərin odlu silahdan öldürüldüyünü təsdiqləyib. Bu barədə məlumat qurumun 22 yanvar press-relizində yer alıb.
İlk cəsədin yeri səhər saatlarında “102” nömrəsinə gələn anonim zəng vasitəsilə müəyyən olunub. Hadisə yerinə gələn Prokurorluq əməkdaşları baş və boyun nahiyəsindən güllə yarası almış gəncin cəsədini aşkarlayıblar. Onun üzərində şəxsiyyətini təsdiq edən sənə və şəxsi ləvazimatlar vari idi.

“Bundan başqa, səhər saat 9:00 radələrində güllə yarası almış şəxs xəstəxanaya daxil olub. Lakin özünə gəlmədən xəstəxanada vəfat edib”-deyə rəsmi məlumatda deyilir.

Mətbuatın məlumatına görə, hər iki şəxs Kiyevin mərkəzindəki aksiyalarda iştirak edib. İlk qurbanın dekabrın 8-də Kiyevdəki aksiyalarda iştirak etmək üçün gələn Dneprpetrovsk vilayətinin Bereznovatovka kəndinin sakini 20 yaşlı Sergey Niqoyan olduğu müəyyən edilib.

Ürəyindən güllə yarası alan 2-ci müxalifətçinin şəxsiyyəti hələ ki, açıqlanmır. Lakin onun da müxalifət tərəfdarı olduğu güman olunur.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti