ABŞ Ukraynaya qarşı sanksiyalara başladı
“Ötən ilin noyabr və dekabr aylarında Kiyev meydanında nümayişçilərə qarşı atılan addımlara cavab olaraq ABŞ güc tətbiqinə rəvac verən bir neçə Ukrayna vətəndaşının vizasını ləğv edib” –deyə məlumatda deyilir. “Qeyd etmək istəyirik ki, Dövlət Departamenti xarici vətəndaşların vizası ləğv etməklə bağlı geniş səlahiyyətlərə malikdir”. Bundan başqa, ABŞ bu sahədə atılacaq digər addımları da nəzərdən keçirir.
Bundan öncə, yanvarın 20-də ABŞ Milli Təhlükəsizlik Şurasının Ağ Evdəki nümayəndəsi Keytlin Heyden Ukraynada vəziyyətin gərginləşməsində hakimiyyəti günahlandırmışdı. O, hakimiyyətdən xüsusi təyinatlıları Kiyevin mərkəzindən çıxarmağı və etirazçılarla dialoqa başlamağı tələb etmişdi. Onun sözlərinə görə, əks halda Ukraynanı sanksiyalar gözləyir.
Hələ ötən ilin dekabrında ABŞ Konqressi nümayişçilərə qarşı güc tətbiq etdiyinə görə sanksiyalarla hədələmişdi. Bu bəyanatla Amerika Demokrat partiyasının nümayəndəsi Eliot Engel çıxış etmişdi. Qətnamə Ukrayna hakimiyyətindən və müxalifətindən dialoqa başlamağa və ölkədəki böhrana son qoymağa çağırış edirdi.
Vüqar İsmayılov