Yanukoviç müxalifətlə dialoqa başladı

Yanukoviç müxalifətlə dialoqa başladı
  22 Yanvar 2014    Oxunub:1094
Kiyevdə qarşıdurmalar davam edir.
Ukrayna prezidenti Viktor Yanukoviç müxalifətin 3 lideri və siyasi böhranın həlli üzrə işçi qrupu ilə görüşlər keçirir. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat verib.

Məlumata görə, prezident aparatında keçirilən danışıqlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Portnov, ədliyyə naziri yelena Lukaş da iştirak edir.

Bu, ölkədə siyasi böhranın güclənməsindən sonra müxalifətçilərlə prezident arasında keçirilən ilk görüşdür.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti