Qabriel Lanski: `Ümid edirəm, Avropa Məhkəməsi erməni oyununa getməyəcək`

Qabriel Lanski: `Ümid edirəm, Avropa Məhkəməsi erməni oyununa getməyəcək`
  22 Yanvar 2014    Oxunub:1350
Bu gün Strasburqda, Avropa İnsan Haqları Məhkəməsində “Çıraqov və digərləri Ermənistana qarşı” adlı məhkəmə prosesi keçirilib. Azərbaycan tərəfinin prosesdə iştirak edən hüquqşünaslar komandasın üzvü Qabriel Lanski iclasdan sonra jurnalistlərə fikirlərini bölüşüb:

- Məhkəmə tərəfindən verilən suallar, əlbəttə ki, professional idi. Ola bilər ki, altı ay və ya bir qədər daha artıq vaxtdan sonra biz məhkəmənin qərarı ilə tanış ola biləcəyik. Mən kifayət qədər nikbinəm ki, bu məhkəmə iclasının nəticəsi uğurlu olacaq. Bu, gələcəkdə regionda xalqların birgə yaşaması üçün də əhmiyyətli olar. Həmin ərazilər işğal olunub. İstər AİHM, isərsə də Avropanın bütün digər qurumları indiyədək Dağlıq Qarabağın işğal olunmasını təsdiq ediblər. Bu, nikbinlik yaradır.

- Ermənistan tərəfi deyirdi ki, işlə bağlı daxili prosedurlar həyata keçirilməyib. Onların arqumentlərini necə qiymətləndirirsiniz?

- Mənim bu məsələ ilə bağlı məhkəmədə mövqe bildirmək şansım oldu. İşlə bağlı istər Ermənistan, istərsə də qondarma Dağlıq Qarabağda instansiyalara müraciət etmək vasitələri yox idi. Ona görə də, məsələyə dair AİHM-in qərarına ehtiyac var.

- Ermənilər həmçinin deyirdilər ki, iddiaçılar Dağlıq Qarabağ və ya Ermənistan məhkəməsinə üz tutmayıblar. Bu ziddiyyəti necə izah edərdiniz?

- Əlbəttə, bu, ziddiyyətlidir. Hakimlərdən də biri bu ziddiyyətə toxundu. Zənnimcə, tam aydındır ki, məsələ ilə bağlı Ermənistan məhkəmələrinə müraciət üçün heç bir şans yox idi. Ümid edirəm ki, AİHM-in hakimləri erməni tərəfinin oyununa getməyəcəklər. Bizim möveyi dəstəkləmək və qəbul etmək üçün AİHM-in mövcud qərarları tamamilə aydındır. AİHM-in 2011-ci ildə qəbul etdiyi qərar mövcud məhkəmə qərarlarına istinad etdi. Bu, bizə imkan verdi ki, işlə bağlı tam uğur qazanaq.

AzVision.az


Teqlər:





Xəbər lenti