Bayram günlərində sürücülərə xəbərdarlıq

Bayram günlərində sürücülərə xəbərdarlıq
  18 Mart 2013    Oxunub:1306
Sabah Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Sabah Dənizkənarı Milli Parkda keçiriləcək İlaxır çərşənbə və Novruz bayramı şənlikləri ilə əlaqədar paytaxtın mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Saat 09.00-dan Bakıda keçiriləcək Novruz bayramı şənliklərində iştirakçıların təhlükəsizliyinin təmin edilməsi, onların rahat və fasiləsiz hərəkətinin təşkili məqsədi ilə Dənizkənarı Milli Park boyu Neftçilər prospekti ilə Qoşa Qala qapısı, İçərişəhər və Qız Qalası istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

Bundan başqa, paytaxtın İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsindən Gənclər meydanı istiqamətinə, Qoşa Qala qapısı və Əziz Əliyev küçələri istiqamətinə, Niyazi küçəsindən Azneft dairəsi istiqamətinə, Bayıl qəsəbəsindən Azneft dairəsi, Neftçilər prospekt istiqamətinə, Yusif Səfərov, 28 May küçəsi, Azadlıq küçəsi, Zərifə Əliyeva, Üzeyir Havcıbəyov, Puşkin küçələri kəsişmələrindən dənizkənarı bulvar boyu Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.

Paytaxt sakinlərin şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, ictimai nəqliyyata üstünlük verməyə və alternativ yollardan istifadə etməyə çağırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti