Moskva yaxınlığında dini-əyləncə parkı açılacaq
AzVision.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, layihə müəllifləri bildirirlər ki, bu tikili dünyada analoji tikililər sırasında ən nəhəngi olacaq.
Dini park üçün hələ konkret yer müəyyənləşdirilməyib.
Layihə variantında park mədəni-maarif kompleksi adlanır. Yumurta formasında olacaq bu kompleks 4 zonaya bölünəcək: dini, asudə, alış-veriş və park. Rusiya xalqlar evinin ətrafında pravoslav kilsə, sinaqoq, məscid və buddist məbədi olacaq. Burada həmçinin din tarixi muzeyi, konqres zalı, mehmanxanalar, mağazalar, kafelər, parkinqlər və kinoteatr olacaq.
Layihənin təşəbbüskarı Rusiyanın Dinlərarası Şurasıdır. Kompleksin tikintisinə xərclənəcək vəsaitin miqdarı hələ bəlli olmasa da, sərmayyəçilər buraya gələcək turist axınından gələn gəlirə ümidlidirlər.
S. Həsənova
Teqlər: