İranda ABŞ səfirliyi açıla bilər

İranda ABŞ  səfirliyi açıla bilər
  23 Yanvar 2014    Oxunub:1057
Həsən Ruhani: “Düşmənçiliyi dostluğa çevirmək lazımdır”
“Ədavət və dostluq əbədi deyil, düşmənçiliyi dostluğa çevirmək lazımdır.” AzVision.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.

O, İsveçrənin Davos şəhərinə səfəri zamanı ölkənin RTS telekanalına verdiyi müsahibədə, ABŞ-la münasibətlərin qurulması üçün rəsmi Vaşinqtonun rəftarının dəyişməsini zəruri hesab etdiyini bildirib: “Hər şey rəftardan asılıdır. ABŞ iranlıların hüquqlarını qəbul etsə və ədavətin bitməsi üçün münasib zəmin yaratsa, bizim də cavabımız müsbət olar. ABŞ-İran əlaqələrinin normallaşmasına aparan yol enişli-yoxuşlu olsa belə, pozitiv düşünməliyik. Qaldı ki, ABŞ səfirliyinin Tehranda açılışına, bu, mümkün ola bilər.”

S. Həsənova


Teqlər:





Xəbər lenti