ABŞ hərbi gəmiləri Soçiyə girir

ABŞ hərbi gəmiləri Soçiyə girir
  23 Yanvar 2014    Oxunub:1110
Onlar Olimpiada müddətində yarana biləcək fövqəladə hallar zamanı rusiyalı həmkarlarına yardım edəcəklər.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, Amerika Hərbi Dəniz donanmasının 2 hərbi gəmisi Qara dənizə daxil olublar. Soçiyə doğru irəliləyən gəmilər Olimpiada müddətində təhlükəsizliyin təmin olunmasına dəstək verəcək.

“Gəmilər artıq regiondadır”-deyə ABŞ ordusunun Avropa komandanlığı məlumatı təsdiqləyib.

Bundan öncə Pentaqonun rəsmi nümayəndəsi, kontr-admiral Con Kirbi 2 Amerika hərbi gəmisinin Qara dəniz akvatoriyasında lövbər salacağını məlumat vermişdi. Kirbi həmçinin, Amerika təyyarələrinin idmançıları təcili hallar üçün idmançıları Soçidən evakuasiya etmək məqsədilə Almaniyada əlavə hərbi təyyarələr yerləşdirməsinə münasibət bildirib. Pentaqon zabiti ABŞ-ın Soçi Qış Olimpiya Oyunları müddətində təhlükəsizliklə bağlı bütün məsələlərdə Rusiya hakimiyyətinə tam dəstək olduqlarını vurğulayıb.

“Fövqəladə hallarda hər hansı yardıma ehtiyac duyularsa, biz bütün Hərbi Hava və Hərbi Dəniz qüvvələrimizlə kömək etməyə hazırıq”- deyə, Pentaqon rəsmisi bildirib.

Pentaqon rəhbəri Çak Hegel də Qış Olimpiya Oyunlarında təhlükəsizliyə dəstək olacaqlarını dəfələrlə bəyan edib.

Fevralın 7-də başlayacaq Olimpiya Oyunlarında bir çox dövlət başçılarının və xarici turistlərin gəlişi gözlənilir. Belə ki, Çin Xalq Respublikasının sədri Si Dzinpinq, Norveç kralı və hökuməti və İsveçrə prezidenti açılış mərasimində iştirak edəcəklərini təsdiqləyiblər. Bundan başqa, Hollandiya kral ailəsi və baş naziri, Finlyandiyanın hökumət başçısı Yurki Kataynen və Yaponiyanın baş naziri Sindzo Abe də iştirakçılar arasında olacaq.
Gürcüstan nümayəndə heyəti, Fransa prezidenti Fransua Olland, Litva prezidenti Dalya Qribauskayte və Almaniya prezident i Yoahim Haukun Soçiyə təşrif buyurmayacaqları artıq dəqiqləşdirilib.

Rusiya Xarici İşlər Nazirliyi isə Oyunların rəsmi açılış mərasimində tam siyahının razılşadırılmamasına rəğmən Avropanın 20 dövlət və hökumət başçısının iştirak edəcəyini bildirib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti