Misirdə toqquşmalar davam edir: 5 ölü
AzVision.az–ın əl-Məyadin telekanalına istinadla verdiyi xəbərə görə, Misirin Bəni-Suveyf əyalətində silahlılar polis qüvvələrinə hücum ediblər ki, bu hadisə 5 polisin ölümü ilə nəticələnib.
Dünən isə ölkədə davam edən etiraz aksiyalarında ümumilikdə 8 nəfər yaralanıb.
Bu arada Misirin müvəqqəti hakimiyyəti 25 yanvar inqilabının üçüncü ildönümü ərəfəsində etiraz aksiyalarının və iğtişaşların baş verəcəyini təxmin edib və ölkədə təhlükəsizlik tədbirlərini maksimuma çatdırıb.
S. Həsənova
Teqlər: