Kliçko: “Biz güllə qarşısına çıxmağa hazırıq”

Kliçko: “Biz güllə qarşısına çıxmağa hazırıq”
  23 Yanvar 2014    Oxunub:975
Ukrayna müxalifəti Viktor Yanukoviç istefa verməyəcəyi təqdirdə güllə qarşısına çıxmağa hazırdır”
AzVision.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, prezident Viktor Yanukoçlə ötən axşam baş tutan danışıqlardan narazı qalan müxalifət hakimiyyətə qarşı sərt ultimatumlar irəli sürüblər.

Mitinq iştirakçıları qarşısında çıxış edən “UDAR” partiyasının sədri Vitali Kliçko Yanukoviçin istefa verməyəcəyi təqdirdə güllə qarşısına belə çıxacaqlarını bildirib.

“Mən meydanda olanların hər biri kəslə birlikdəyəm. Əgər burda dayanmaq lazımdırsa, dayanacam, əgər irəli gedib vuruşmaq lazımdırsa, mən yenə sizinlə olacam. Güllə qarşısına çıxmaq lazımdırsa, çıxacam”- deyə çıxışında bildirib.
İlık dəfə idi ki, kütlə qarşısında rusca çıxış edən Kliçko hakimiyyətinin xalqı “dil və coğrafi” baxımdan bölüşdürməyə çalışdığını vurğulayıb.

“Batkovşina” partiyasının sədri Arseni Yaçenyuk isə müxalifətin tələblərini yerinə yetirmək üçün hökumətə 24 saat vaxt verdiklərini bildirib.

“Canlari xilas etmək üçün 24 saat vaxtımız qalıb. Mən rüsvayçılıqla yaşayan deyiləm. Sabah irəli gedirik. Alnımıza güllə vursalar, deməli, vuracaqlar”-deyə Yaçenyuk bildirib. Sonda siyasi liderlər Yanukoviçdən istefa verməyi və növbədənkənar seçki keçirilməsini tələb edən bəyanat qəbul ediblər.

Bundan başqa müxalifət partiyaları Ukraynanın müxtəlif bölgələrində seçkilərdə qalib gələn deputatlardan ibarət və hakimiyyətə alternativ Xalq Radası yaratdıqlarını elan edib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti