Bugünkü hərraca 59,3 milyon dollar cəlb edilib

Bugünkü hərraca 59,3 milyon dollar cəlb edilib
  13 Avqust 2020    Oxunub:2912
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-dən Azvision.az -a verilən məlumata görə, 13 avqust 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir. Hərracda tələb 59,3 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (11 avqust 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 10% və ya 5,5 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Azvision.az


Teqlər: Dollar   Hərrac  





Xəbər lenti