Xodorkovskinin iş ortağı da həbsdən azad olunur

Xodorkovskinin iş ortağı da həbsdən azad olunur
  23 Yanvar 2014    Oxunub:1036
10 ildən artıqdır ki, həbs cəzası çəkən Platon Lebedev Xodorkovskinin ən yaxın partnyorlarından hesab olunurdu.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiya Ali Məhkəməsi “YUKOS” şirkətinin sabiq vitse-prezidenti Platon Lebedevin cəza müddətini azaldıb və bu müddət faktiki olaraq bitdiyinə görə onu dərhal həbsdən azad olunması barədə qərar çıxardıb.

Lebedevin vəkili Vladimir Krasnovun fikrincə onun müdafiə etdiyi şəxs yaxın bir neçə gündə azadlığa çıxmalıdır.
Rusiya Ali Məhkəməsi 2004-2005 illər ərzində Lebedevin həbsdə saxlanmasını qanunsuz hesab edib. Lebedev qanunla 2014-cü ilin avqustunda azadlığa çıxa bilərdi. Digər tərəfdən isə “YUKOS”un keçmiş prezidenti, bir ay öncə Putin tərəfindən əfv olunan Mixail Xodorkovskinin 17 milyard rubl dəyərində cərimələnməsini qərarını ləğv edib.

Xatırladaq ki, həbs azad olunduqdan sonra keçirdiyi ilk konfransda yalnız cərimənin ləğv olunacağı halda Rusiya geri dönə biləcəyini söyləmişdi.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti